featured-image-4674

“Neftçi” Rusiyanın “SKA Xabarovsk” klubunda çıxış edən azərbaycanlı futbolçu Kamran Əliyevlə maraqlanır.

Msport.az xəbər verir ki, “ağ-qaralar” 23 yaşlı hücumçunu Bakıya gətirmək üçün müxtəlif variantları nəzərdən keçirir. Əliyevə hələ “Ximki”də çıxış edən dövrdə müxtəlif yaş qrupları üzrə milli komandalarımızdan dəvət gəlsə də, o, bundan imtina etmişdi. Azərbaycan millisinə gələn futbolçu Rusiyada artıq legioner sayıldığından bu cür riskə gedə bilmir. Həmyerlimizin “SKA Xabarovsk”la müqaviləsi 2023-cü ilin iyununa kimidir. Qeyd edək ki, Kamran bir müddət icarə əsasında çıxış etsə də, sonradan özü “Ximki”dən transfer hüquqlarını pulnan alıb.

Hücumçunun “Neftçi”nin təklifinə müsnət yanaşa biləcəyi yeganə məqam Rusiya futbolunun sanksiyalar altında olmasıdır. Klubların avrokuboklarda, milllinin isə FİFA və UEFA bayrağı altında keçirilən yarışlarda iştirakına qadağa qoyulub.  Əliyev “Neftçi” variantını seçərsə, həm Konfrans Liqasında oynayacaq, həm də böyük ehtimalla gələcəkdə Azərbaycan yığmasına dəvət olunacaq. Xatırladaq ki, futbolçu 2018-ci ildə U-21 millimizdə 2 oyunda meydana çıxıb. Amma sonradan Əliyev Rusiyanın U-21  komandasında 3 oyunda nübarizə aparıb.

Hücumçu başa çatan mövsüm Xabarovsk komandasının heyətində Rusiya I divizionunda 28 oyunda 4 qol vurub. Onun komandası aşağı liqada 4-cü yeri tutaraq Premyer Liqada 13-cü olan “Ximki” ilə pley-off matçına çıxıb. “SKA Xabarovsk” öz meydanında 1:0 hesabı ilə qalib gəlsə də, cavab görüşündə 0:3 uduzub. Beləliklə, “hərbiçilər” gələn mövsüm də I divizionda mübarizə aparmalı olacaqlar.

Bənzər xəbərlər