"Neftçi" legioneri ilə müqaviləni pozmaq istəyir
“Neftçi” Sezar Meza Kolli ilə müqaviləni pozmaq istəyir. 30 yaşlı futbolçu ötən ay vətəni Paraqvayda xaçabənzər diz bağından əməliyyat olunub. Yarımmüdafiəçinin 5-6 ay yaşıl meydanlardan uzaq qalması gözlənilir.
Meza Kollinin paytaxt klubu ilə müqaviləsi 2023-cü ilin iyununa kimidir.
Msport.az xəbər verir ki, bu səbəbdən də “Neftçi” rəhbərliyi legioner futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam vermək istəyirlər. Ancaq Sezar bu təklifi yaxşı qarşılamayıb və buna görə “Neftçi” rəsmilərindən inciyib. “Ağ-qaralar” futbolçunu meneceri vasitəsi ilə dilə gətirməyə çalışırlar.