featured-image-29156

“Neftçi” bu mövsüm 3-cü dəfə “Qarabağ”a uduzdu. Qarşısına ciddi hədəflər qoyan klub belə oynamamalıdır. Əslində “ağ-qaralar”ın kubokun finalına çıxması da müəyyən qədər bəxt məsələsi ilə bağlı oldu. “Qarabağ”, “Sabah” kimi komandalar yarımfinalda yox idilər və “Turan Tovuz”un necə çətinliklə keçildiyini hamı gördü.

Regekampf Ağdam təmsilçisinə məğlubiyyətdən sonra yenə gələcəkdən danışıb, kubokun finalına ciddi hazırlaşmalı olduğunu deyib. Rumıniyalı mütəxəssisə həddən artıq inanan insanlar da  onun “Neftçi”də uğurlu olacağına şübhə ilə yanaşırlar. Düzdür, paytaxt klubu kubokun finalında “Qəbələ”ni məğlub edib titulu qazana bilər. Amma buna görə Regeni saxlamağa dəyməz. “Neftçi” onun rəhbərliyi altında stabil oynamır.  Komanda bir oyun yaxşı təsir bağışlayırsa, növbəti tur yenə uğursuzluq. Ümumiyyətlə, rumıniyalı məşqçinin dönəmində hər hansı futbolçunun inkişaf edib artırdığını demək çətindir.

Deyəcəksiniz məgər yeganə günahkar Regekampfdır? Yox, təbii ki. “Neftçi”nin ən böyük problemləri idarəetmə ilə bağlıdır. Prezident vitse-prezidenti işdən çıxara bilmir, müstəqil şəkildə qərar verməkdə çətinlik çəkir. Kadr seçimi də uğursuzdur. Vato Arveladze tapşırıqla gəlib maaşını alır, Rəhman Hacıyevı yaşıl meydanlardan çox instaqramda görürük, Yeqor Boqomolski “Neftçi” səviyyəsində hücumçu deyil. Bu transferləri reallaşdıran isə heç də Regekampf olmayıb. Deməli, seleksiya işi düzgün aparılmayıb.

“Nefçi” mövsümü titulla başa vura bilər, amma bu komanda avrokuboklarda qrupa düşəcək gücdə deyil. Bu heyət, bu məşqçi, bu rəhbərliklə inanmıram ki,  bir mərhələdən o yana gedə bilsinlər.

AYXAN  

Bənzər xəbərlər