featured-image-29544

Sabah futzal üzrə Yüksək Liqada pley-off mərhələsinin 3-cü turunun oyunu keçiriləcək.

Msport.az xəbər verir ki, yeganə oyun Bakı İdman Sarayında keçiriləcək.

Burada “Baku Fire” ilə “Neftçi” İK komandaları üz-üzə gələcək. Mayın 11-də baş tutacaq oyuna saat 13:30-da start veriləcək. Artıq bu oyun üçün hakim təyinatları da açıqlanıb.

Xatırladaq ki, bu komandalar ilk iki oyunda hərəyə 1 qələbə qazanıblar. Bu üzdən də üçüncü oyuna ehtiyac duyulub.

“Araz Naxçıvan” isə “Record”la bir oyunda qələbə qazanıb, ikinci oyun rəqib meydana çıxmadığı üçün baş tutmayıb. Bu üzdən böyük ehtimalla Naxçıvan təmsilçisi texniki qələbə sayəsində finala yüksələcək.

Yüksək Liqa
Pley-off-3
11 may

Baku Fire – Neftçi İK
Hakimlər: Əli Cəbrayılov, Ceyhun Hüseynov, Hikmət Qafarlı.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı İdman Sarayı. Saat 13:30.

Bənzər xəbərlər