“Neftçi”nin danışıq apardığı məşqçi “Samsunspor”la anlaşdı
“Neftçi”nin danışıq apardığı türkiyəli məşqçi Çağdaş Atan “Samsunspor”un baş məşqçisi olmağa qərar verib.
Msport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
42 yaşlı mütəxəssis TFF 1-ci liqa təmsilçisi ilə böyük ölçüdə razılığa gəlib. Bu isə onun “Neftçi”yə gəlməyəcəyi anlamına gəlir.
“Neftçi” hazırkı baş məşqçisi Samir Abasovla yollarını ayırmağa hazırlaşır. Paytaxt klubu onu əcnəbi mütəxəssislə əvəzləmək istəyir.
Xatırladaq ki, Çağdaş Atan məşqçilik karyerası ərzində “Qaziantepspor”, “Kayserispor”, “Əskişəhərspor”, “Konyaspor”, “Alanyaspor”, “Yeni Malatyaspor” və “Beşiktaş” kimi komandalarda baş məşqçinin köməkçisi vəzifəsində çalışıb. O, 2020-2021-ci illər aralığında “Alanyaspor”da baş məşqçi kimi də işləyib.