featured-image-8254

“Neftçi”nin yarımmüdafiəçisi Sezar Meza Kolli əməliyyat olunub.

Msport.az xəbər verir ki, futbolçunun vətəni Paraqvayda baş tutan xaçabənzər diz bağının əməliyyatı uğurlu keçib.

Həkimlərin rəyinə görə, o, 5-6 ay müddətinə yaşıl meydanlardan uzaq qalacaq.

Xatırladaq ki, “Neftçi”nin Türkiyə toplanışı zamanı Sezar Meza Kollinin dizində ağrılar yaranmışdı və Maqnit Rezonans Tomoqrafiya müayinəsindən sonra əməliyyata ehtiyac olduğu müəyyənləşmişdi.

Bənzər xəbərlər