"Neftçi"nin hücumçusu "Partizan"a keçir
“Neftçi” hücumçusu Mateus Saldanya ilə yollarını ayırıb.
Msport.az xəbər verir ki, braziliyalı forvard Serbiyanın “Partizan” klubu ilə anlaşıb.
Futbolçu tibbi müayinədən keçmək və rəsmi müqavilə imzalamaq üçün Belqrada gedib.
Qeyd edək ki, Mateus Saldanya ötən mövsümün ikinci yarısından “Neftçi”də çıxış edirdi.







