featured-image-6515

UEFA Konfrans Liqasına hazırlaşan  “Neftçi” daha bir transferini reallaşdırıb. Msport.az  “one.co.il” saytına istinadən xəbər verir ki, “ağ-qaralar” son klubu “Makkabi” (Hayfa, İsrail) olan Qodsvey Donyohla razılığa gəlib. Paytaxt klubu 27 yaşlı hücumçunun transferini yaxın vaxtlarda açıqlayacaq. 

17 yaşı olarkən “Mançester Siti” onunla müqavilə bağlasa da, qanalı futbolçu heç vaxt “şəhərlilər”in əsas komandasında oynamayıb.

Donyoh karyerası ərzində İsveçdə “Düqarden”, “Falkenberq”, Danimarkada “Norşelland”, Almaniyada “Dinamo Drezden”də, İsveçdə ” forma geyinib.

Qanalı hücumçu ötən mövsüm İsrail çempionatında 26 oyuna 5 qol vurub. 2020-2021-ci illər mövsümündə isə 28 matçda 8 dəfə fərqlənib. 

 

 

Bənzər xəbərlər