"Neftçi"nin Müşahidə Şurası toplanır - Samir Abasovun istefası rəsmiləşəcək
Bu gün “Neftçi” klubunun Müşahidə Şurasının (MŞ) iclası keçiriləcək. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, toplantı saat 16:00-da klubun inzibati binasında olacaq.
MŞ-nin gündəliyinə aşağıdakı məsələlər daxildir:
- Hesabatların dinlənilməsi
- A komandanın baş məşqçi postuna namizədlərin müzakirəsi və təsdiqi
- B komandanın baş məşqçi postuna namizədlərin müzakirəsi və təsdiqi
- Növbəti mövsümün büdcəsi
- Digər məsələlər