featured-image-18061

“Neftçi” Tarif Şurası kimi dünən gecə saatlarında iclas keçirib Müşahidə Şurasının (MŞ) yeni heyətini açıqladı. Sədr Çingiz Abdullayevi SOCAR prezidenti Rövşən Nəcəf əvəzlədi. Abdullayevin son dövrlərdə “Neftçi”də demək olar ki, heç bir fəaliyyəti yox idi. Üstəlik, Yazıçılar Birliyinin  qurultayı zamanı media nümayəndəsinin sualını kobud şəkildə cavablandırıb, təhqir edən Xalq Yazıçısı olan-qalan nüfuzunu da itirib.

media-cf5aef1c-217d-3c75-a221-7a5d1843b8c4

MŞ-na cəlb olunan yeni şəxslər maraq doğurur. Rövşən Nəcəfi hər kəs artıq yaxşı tanıyır. Ümumiyyətlə, “ağ-qaralar”ın baş sponsoru həmişə SOCAR olub və bu təşkilatın rəhbərinin kluba bir qədər də yaxın gəlməsində təəccüblü heç nə yoxdur. Bu yaxınlarda “Nefçilər Günü”ndə paytaxt klubu Neft Daşlarında neftçilərlə yoldaşlıq oyunu keçirmişdi. Həmin matçda forma geyənlər arasında Rövşən Nəcəf də var idi.

Emin Əmrullayev 

media-197229_7jor4afdin

Elm və Təhsil naziri Emin Əmrullayev eyni zamanda Azərbaycan Basketbol Federasiyasının prezidentidir. O, bu idman növünü nəzarətə götürdükdən sonra Azərbaycan Super Liqasında əməlli-başlı canlanma hiss olunur. Çempionatda 8 klub mübarizə aparır və hər biri də heyətinə yaxşı legionerlər cəlb edib. Bəs naziri “Neftçi”yə bağlayan nədir? 2021-ci il iyulun 14-də Çempionlar Liqasının ilkin təsnifat mərhələsinin “Neftçi” – “Dinamo” (Tbilisi) oyunundan (2:1) Əmrullayevin fotosu yayılmışdı. Onun VİP tribunada yox, adi sektorda matçı izləməsi və “Neftçi”nin hər hücumuna çılğınlıqla reaksiya verməsi maraqla qarşılanmışdı.

Orxan Sultanov

media-955c9-1607355722

45 yaşlı Orxan Sultanov 2015-ci ildən Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin rəisidir. O, 2017-2011-ci illərdə ölkəmizin Böyük Britaniyadakı səfirliyində humanitar məsələlər üzrə I katib vəzifəsində çalışıb. Ardınca bir müddət XİN-də işlədikdən sonra MTN-in Xarici Kəşfiyyat İdarəsinə qəbul olub. 2020-ci ildən general-polkovnik ali hərbi rütbəsini daşıyır.

Sultanov Azərbaycanın  ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Zəfər” ordeni ilə təltif edilmişdir

Elnarə Məmmədova 

media-elnara_mammadova.JPG.img.375.medium

2006-cı ildən BP şirkətində çalışır. BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə və Rusiya üzrə insanlar və korporativ mədəniyyət üzrə vitse-prezidenti vəzifəsində işləyir. Məmmədova Nottinqhem Trent Universitetindən bakalavr dərəcəsinə və Azərbaycan Dillər Universitetindən magistr dərəcəsinə malikdir. O, BP-də  insan resursları, mütəxəssis və biznes tərəfdaşlıq qruplarında bir sıra rəhbər vəzifələrdə çalışıb.

Hafiz Zeynalov 

media-1359902_4bkexmvyzr

Bu ilin mayında SOCAR-a İşlər idarəsinin rəisi vəzifəsinə təyin olunub. O, buna qədər İqtisadiyyat Naziliyində çalışıb. İşlər idarəsinin rəisi həmçinin SOCAR Prezidentinin köməkçisi sayılır. Zeynalov İqtisadiyyat Nazirliyində SOCAR-ın hazırkı prezidenti Rövşən Nəcəfin rəhbərliyi altında çalışıb və onun yaxın kadrlarından hesab edilir.

 

 

Bənzər xəbərlər