featured-image-5531

“Neftçi”nin veteran futbolçusu, tanınmış məşqçi Yunis Hüseynov paytaxt klubunun baş məşqçi ilə bağlı verdiyi qərarı tənqid edib.

Msport.az xəbər verir ki, son olaraq “Keşlə”ni çalışdırmış mütəxəssis əcnəbi məşqçi gətirməyin mənasız olduğunu deyib:

“Neftçi”nin Müşahidə Şurasında futboldan başı çıxmayan adamlar oturub. Ona görə nə bəlli strategiya, nə uğurlu transfer siyasəti, nə də yerli mütəxəssislərə dəyər verən var. Azərbaycan futbolunda əcnəbilərin dominantlıq etməsinin həmişə əleyhinə olmuşam. İndiyə kimi ölkə futbolunda çalışan onlarla əcnəbi nə fayda verdi ki, Qonçarenko ilə Vernidubdan hansısa fayda gözləyək? Adı çəkilən əcnəbilərin, sadəcə, reklamı güclüdü. Onlara yaradılan şəraiti yerli mütəxəssislərə yaradın, o zaman görəcəksiz, onları necə kölgədə qoyuruq.

Bu gün futboldan zərrə qədər də başı çıxmayan insanlar ölkə futboluna, yerli məşqçilərə qarşı sanki repressiya həyata keçirirlər. Düşünürəm ki, bu gedişlə Azərbaycanda futbol tam aradan qalxacaq”. (Futbol+)

Bənzər xəbərlər