"Neftçi"nin nümayəndələri çilili hücumçunu yerində izlədi
“Neftçi”nin skautları Çilinin “Kolo-Kolo” komandasında çıxış edən Xordi Tompsonun oyununu izləyib.
Msport.az “Radio Cooperativa”ya istinadən xəbər verir ki, Bakı klubunun nümayəndələri Santyaqo təmsilçisinin səfərdə “Everton”u 2:1 hesabı ilə məğlub etdiyi çempionat matçını canlı izləyiblər. Həmin görüşdə 19 yaşlı hücumçu komandasının qələbə qoluna imza atıb.
İddiaya görə, gənc forvardın dəyəri 550 000 avro olsa da, klub rəhbərliyi təzminat məbləğini artırmaq istəyir. Futbolçunun özü isə “ağ-qara” formanın geyinməyin əleyhinə deyil.
Qeyd edək ki, Xordi Tompson Çilinin U-20 yığmasının üzvüdür.







