"Neftçi"nin prezidenti təsdiqlədi: "Artıq razılıq əldə olunub, sadəcə, detallar qalıb"
“Neftçi”nin prezidenti Kamran Quliyev Moskva “Spartak”ı ilə yoldaşlıq oyunu keçirəcəklərini təsdiqləyib.
Msport.az xəbər verir ki, funksioner “Sport-Ekspress” nəşrinə açıqlamasında bu matçla bağlı klublar arasında razılıq əldə olunduğunu bildirib:
“Bəli, dəqiq məlumatdır. Yalnız bəzi detalları razılaşdırmaq qalıb. Prinsipcə, artıq hər şey danışılıb. Görüş Sankt-Peterburqdakı turnirdən sonra “Otkrıtie Arena”da olacaq”.
Qeyd edək ki, oyun iyulun 18-də baş tutacaq.
CAHİD







