“Neftçi”nin rəqibi ukraynalı futbolçu ilə anlaşdı
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Beşiktaş” yeni futbolçu ilə anlaşıb.
Msport.az xəbər verir ki, İstanbul təmsilçisi “Marael”dən Ruslan Malinovski ilə razılığa gəlib.
“Qara qartallar” Fransa klubu ilə danışıqları davam etdirir.
“Beşiktaş” ukraynalı oyunçunu 1.5 milyon avroya icarəyə götürmək istəyir. Türkiyə klubu gələn yay isə futbolçunu 7 milyon avro qarşılığında birdəfəlik transfer etməyi planlaşdırır.
Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi ötən mövsüm 38 oyunda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.







