featured-image-79783

“Neftmi”nin sabiq futbolçusu Keysuke Honda Yaponiya millisinin baş məşqçi postuna namizədliyini irəli sürüb.

Msport.az xəbər verir ki, komandanın hazırki baş məşqçisi Xadzime Moriyasuya 1 illik yeni müqavilə təklif olunub.

Yaponiya DÇ-2026-nın 1\16 final mərhələsində Braziliyaya uduzaraq (1:2) mübarizəni dayandırıb.

“Düşünürəm ki, məsələ ilə bağlı müxtəlif fikirlər olacaq. Oxudum ki, Xadzimeyə yeni 1 illik müqavilə təklif ediblər. Əgər bu müvəqqəti təyinatdısrsa və başqa namizəd yoxdursa, elə məni 1 il yoxlayın.

Əgər Asiya kubokunda uduzsaq, qeydsiz-şərtsiz işdən çıxararsınız. Mən bu çağırışı qəbul etməyə hazıram” – Honda belə deyib.

Qeyd edək ki, 40 yaşlı Honda 2021-ci ildə “Neftçi”nin şərəfini qoruyub.

Bənzər xəbərlər