featured-image-78049

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının növbəti iclası keçirilib.

Msport.az xəbər verir ki, iclasda “Neftçi”nin apellyasiya şikayətinə baxılıb.

Tribunal klubun şikayətini təmin etməyib və AFFA İntizam Komitəsinin əvvəlki qərarlarını qüvvədə saxlayıb.

Qərara əsasən, Azərbaycan Premyer Liqasının 23-cü turunda keçirilmiş “Neftçi” – “Turan Tovuz” oyununda paytaxt təmsilçisinin azarkeşləri tərəfindən təhqiredici pankart açıldığı üçün kluba tətbiq olunan 15 min manat məbləğində cərimə qərarı dəyişdirilməyib.

Bənzər xəbərlər