"Neftçi"nin sükanı arxasına daha 2 namizəd - Mourinyo və Simeonenin sabiq köməkçiləri
- “Neftçi”nin sükarı arxasına daha 2 namizəd – Mourinyo və Simeonin sabiq köməkçiləri
“Neftçi” baş məşqçi postu üçün düşünülən daha iki namizəd bəlli olub.
Msport.az xəbər verir ki, yükun siyahıda Adrian Mutu ilə yanaşı, Aytor Karanka və Herman Burqosun da adları var.
“Neftçi”nin sonda bu üç mütəxəssisdən biri ilə müqavilə imzalayacağı gözlənilir.
İspaniyalı Karanka “Real Madrid”də Joze Mourinyonun, argentinalı Burqos isə “Atletiko”da Dioeqo Simeonenin köməkçisi vəzifəsində çalışıb.
Karanka son olaraq İsrailin “Makkabi” (Təl-Əviv) klubuna rəhbərlik edib. Burqosun son iş yeri isə Yunanıstan “Aris”i olub.







