featured-image-3280

Mövsümü titulsuz başa vuran “Neftçi”də dəyişikliklərin baş verəcəyi gözlənilən idi. “Qəbələ” ilə son oyundan (0:1) sonra baş verənlər isə bu prosesi daha da sürətləndirib. Söhbət heç də nəticədə və ya komandanın göstərdiyi oyunda deyil.

Matç başa çatan kimi həm “CBC Sport”-un canlı efirində, həm də mətbuat konfransında baş məşqçi Samir Abasovun azarkeşlər barədə səsləndirdiyi fikirlər rəhbərliyin səbr kasasını daşırıb.

Msport.az-ın əldə etdiyi məlumata görə, Abasov yeni mövsümdə baş məşqçi postunda qalmayacaq. Paytaxt klubunun rəhbərliyi onun yerinə əcnəbi mütəxəssis dəvət etmək niyyətindədir. Artıq namizədlərlə danışıqlara başlanılıb.

Abasovun istefası isə sonuncu turdan sonra elan olunacaq.

 

 

 

Bənzər xəbərlər