featured-image-6337

“Neftçi”nin yeni baş məşqçisi Laurentsiu Regekampfın alacağı əmək haqqının məbləği müəyyənləşib.

Msport.az “Prosport”a istinadən xəbər verir ki, rumıniyalı mütəxəssis bir mövsümünə 480 000 avro qazanacaq. Bu isə ayda 40 000 avro deməkdir.

O, “Universitatya Krayova”da ayda 15 000 avro qazanıb.

Üstəlik, Regekampfa transferlər zamanı sərbəstlik və “Neftçi”ni UEFA Konfrans Liqasının qrupuna çıxaracağı təqdirdə, bonus veriləcək.

Qeyd edək ki, Laurentsiu Regekampf ilə 2 illik müqavilə bağlanılıb.

Bənzər xəbərlər