"Neftçi"nin yeni transferi "Beşiktaş"la oyunda iştirak edə biləcək
“Neftçi” yeni transferi Aaron Olanareni UEFA Konfrans Liqası üçün sifariş edib.
Msport.az xəbər verir ki, nigeriyalı futbolçunun sabah keçiriləcək “Beşiktaş”la oyunda iştirak etməsi üçün heç bir hüquqi əngəl yoxdur. 29 yaşlı forvard artıq 2 gündür “flaqman”la birgə məşq edir.
Qeyd edək ki, Olanare “Ərzurumspor”un şərəfini qoruyub.







