featured-image-7263

“Neftçi”nin Gürcüstan millisinin üzvü Solomon Kverkveliyanı transfer etdiyini xəbər vermişdik. Msport.az xəbər verir ki, paytaxt klubu hələlik yeni transferini rəsmən açıqlamasa da, 30 yaşlı mərkəz müdafiəçisi artıq yeni komandasının düşərgəsinə qoşulub.

O, “ağ-qaralar”ın Boludakı təlim-məşq toplanışında iştirak edir. Təqdim etdiyimiz fotoda da futbolçunun komanda üzvləri ilə birgə yeməkdə olduğu görünür.

Qeyd edək ki, Kverkveliya Gürcüstan millisində 45 oyun keçirib. Təcrübəli müdafiəçi “Lokomotiv”in heyətində 2017-2018-ci illər mövsümündə Rusiya çempionu olub, iki dəfə ölkə kubokunu, bir dəfə də Superkuboku qazanıb. O, 2011-2012 mövsümündə “Rubin”lə də Rusiya kubokunun sahibi olub.

İki dəfə Gürcüstanın ən yaxşı futbolçusu seçilib – 2014, 2017-ci illər. 2017-2018 mövsümündə Rusiyada “33 ən yaxşı futbolçu” sırasına düşüb.

media-d649b650-2d3c-489e-8835-a783089818f8

Bənzər xəbərlər