featured-image-7038

“Neftçi” ABŞ vətəndaşı olan İsrail əsilli Kenni Sayeflə 2 illik müqavilə bağladı. 28 yaşlı futbolçu paytaxt klubunda 5 nömrəli formanı geyinəcək.

Karyerasının ən yaxşı illəri “Gent”ə təsadüf edən yarımmüdafiəçi bu komandanın heyətində həm çempion olub, həm də Belçika Superkubokunu qazanıb. 2018-ci ildə “Anderlex”ə keçən Sayef yeni klubunda möhkəmlənə bilməyib. O, oyun təcrübəsi olsun deyə MLS-də “Sinsinati”, Polşada “Lexiya” və İsraildə “Aşdod” forması geyinib.

İsrail millisində 2 yoldaşlıq oyununda meydana çıxan futbolçu sonradan baş məşqçi ilə problem yaşayıb və yığmadan kənarda qalıb. 2017-ci ildə ABŞ yığmasında çıxış etmək üçün FİFA-ya müraciət edən Sayef növbəti il artıq Amerika seçməsində debüt edib. O, ABŞ komandasında 4 oyun keçirib.

Futbolçu müsahibələrində özünü israilli saydığını deyib. Sayef meydanda vinger kimi daha rahat oynadığını bildirib: “Mən vingerəm, sağ ya sol fərq etməz. Düzdür, 10 nömrə kimi də oynamışam. Amma mənim əsas mövqeyim vingerdir”.

Təkbətək mübarizələrdə çox effektli olan Sayef rahat şəkildə iki rəqibi keçə bilir. Meydanı əla görməsi ilə də seçilən futbolçu texnikasına görə daha çox Sabir Buqrini xatırladır.

Msport.az “Neftçi”nin yeni transferinin oyunlarından görüntüləri təqdim edir:

Bənzər xəbərlər