"Neftçi" ondan qurtula bilmədi - Müşahidə Şurasında ciddi dəyişiklər olmayacaq
“Neftçi”də yaxın günlərdə Müşahidə Şurasının toplantısı keçiriləcək. Msport.az-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar”ın düşərgəsində ciddi dəyişiklər gözlənilmir.
Ən əsası, baş məşqçi Laurentsiu Regekampf postunda qalacaq. Paytaxt klubu biabırçı mövsüm keçirsə də, müqaviləsi davam edən rumıniyalı məşqçi ilə yolların davam edilməsi barədə qərar verilib. Rege avrokubok oyunlarında komandanın sükanı arxasında olacaq. “Neftçi”nin UEFA Konfrans Liqasında çıxışı 47 yaşlı mütəxəssisin klubdakı taleyinə təsir göstərə bilər.
Əslində “Neftçi”nin daxilində Regenin göndərilməsinin tərəfdarları az deyil. Sadəcə məşqçinin kompensasiya istəyəcəyindən qorxan rəhbərlik gözləməyi qərara alıb.
“Nefçi” azarkeşlərinin Müşahidə Şurasıının toplantısından böyük gözləntiləri olsa da, əldə etdiyimiz məlumata görə, avrokuboklara qədər ciddi dəyişiklər olmayacaq. Klubun prezidenti Kamran Quliyev, eləcə də digər rəhbər şəxslər postlarında qalacaqlar.
AYXAN







