"Neftçi" onu qaytarmaq istəyir, amma ortada "Sivasspor" və "Adanaspor" da var
“Sivasspor” milli komandamızın üzvü Mert Çeliklə maraqlanır.
Msport.az xəbər verir ki, bu məlumatı türkiyəli jurnalist Osman Cengiz yayıb. Hazırda “Başakşehir”in düşərgəsində olan 22 yaşlı mərkəz müdafiəçisinin “Neftçi”yə qayıtmaq variantı da var. “Ağ-qaralar” yenidən gənc futbolçunu icarə götürmək istəyir. Bundan başqa, “Adanaspor” da Merti öz heyətində görməyi arzulayır.