featured-image-29040

Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulacaq. Msport.az xəbər verir ki, turun mərkəzi görüşündə “Neftçi” “Qarabağ”ı qəbul edəcək. “Sabah” artıq Ağdam klubu ilə xal fərqini 4-ə endirdiyindən Qurban Qurbanovun komandasına bu oyunda büdrəmək olmaz.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Sumqayıt”a, “Şamaxı” isə “Sabah”a 0:1 hesabıyla uduzub. “Qəbələ” evdə “Səbail”ə 4:2 hesabıyla qalib gəlibsə, “Zirə” “Turan Tovuz”a 1:3 hesabıyla məğlub olub.

Azərbaycan Premyer Liqası
XXXII tur
2 may

“Neftçi” – “Qarabağ” 2:4

Qol: R.Şeydayev, 9, L.Andrade, 15, K.Medina, 53, A.Zubir, 80 – Saldanya, 40, E.Mahmudov 64 (penalti)

Qırmızı vərəqə: V. Stankoviç, 30 (“Neftçi”)

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Pərvin Talıbov, Rəşad Əhmədov.
“Bakcell Arena”, 20:00.

“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 27. Fərid Yusifli, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 22. Kilan Lebon, 9. Mateus Saldanya

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 41. Samir Həsənov, 10. Sezar Meza Kolli, 23. Ataa Caber, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev (k), 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə

Bənzər xəbərlər