featured-image-80913

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Neftçi” II təsnifat mərhələsində cavab oyununa çıxıb.

Msport.az xəbər verir ki, Bakı klubu Belarusun “Dinamo” (Minsk) komandasının qonağı olub.

Evdə baş tutan ilk oyunda 2:4 hesabı ilə məğlub olan “ağ-qaralar” Bolqarıstanın Stara Zaqora şəhərində yerləşən “Beroe” stadionundakı cavab görüşündə 1:0 hesablı qələbə qazanıb. Təmsilçimizin heyətində qolu 12-ci dəqiqədə Breno Almeyda vurub. Lakin bu qalibiyyət mərhələ adlamağa kifayət etməyib.

Ümumi nəticədə 4:3 hesablı qələbə qazanan “Dinamo” mübarizəni davam etdirib, “Neftçi” isə avrokuboklarla vidalaşıb.

Bənzər xəbərlər