featured-image-29265

 

“Neftçi” Peşəkar Futbol Liqasının sabiq prezidenti Ramin Musayevin klubla bağlı fikirlərinə münasibət bildirib.

Klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev Msport.az saytına açıqlamasında bunları söyləyib:

“Ramin müəllimin çalışdığı “Neftçi” ilə hazırkı klubun idarəetmə sistemi eyni deyil. İndi bir çox vacib qərarların qəbul olunması üçün Müşahidə Şurası var. Burada bütün qərarlar kollegial şəkildə verilir. İcra orqanları isə bu qərarları icra edir. Hazırda icra orqanının da yetəri qədər səlahiyyətləri var”.

Qeyd edək ki, Ramin Musayev “qol.az”a müsahibəsində “Neftçi”də rəhbərin çox olduğunu və klubu hərənin bir tərəfə çəkdiyini bildirib.

Bənzər xəbərlər