"Neftçi" rəsmiləri əfsanəvi futbolçu ilə danışıqlara yollanır
“Neftçi”nin baş məşqçi postuna gətirmək istədiyi mütəxəssislərdən biri bəlli olub.
Msport.az saytı “gsp.ro” saytına istinadən xəbər verir ki, “ağ-qaralar” Adrian Mutu ilə maraqlanır.
İddiaya görə, klub rəsmiləri hazırda “Rapid”in sükanı arxasında olan çalışdırıcı ilə konkret danışıqlar aparmaq üçün Buxarestə yollanmağı planlaşdırırlar.
44 yaşlı mütəxəssisə “Neftçi” ilə yanaşı, başqa klubun da şifahi təklif göndərdiyi bildirilir.
Qeyd edək ki, “Rapid” ötən mövsüm Mutunun rəhbərliyi altında Rumıniya çempionatını 5-ci pillədə başa vurub.







