featured-image-16422

“Neftçi” hələ də sabiq futbolçusu Ahmed Ahmedovun mükafatını ödəməyib.

Bu barədə Msport.az saytına türk əsilli bolqarıstanlı hücumçu məlumat verib.

27 yaşlı forvardın sözlərinə görə, ona növbəti dəfə söz verilsə də, hələlik ortada heç nə yoxdur: “Sonuncu dəfə ötən ayın 21-də danışdıq. Bir neçə gün ərzində mükafatın ödəniləcəyini bildirdilər. Amma sonradan xəbər çıxmadı”.

“Neftçi” tərəfi Ahmedovun bank hesabının olmadığını əsas gətirsə də, futbolçunu bunun həqiqəti əks etdirmədiyini söyləyib: “Bolqarıstan hesabım var. İstəsələr, ora yollayarlar”.

Qeyd edək ki, Ahmed Ahmedov 2020/2021 mövsümünün ikinci yarısını icarə əsasında “Neftçi”də keçirib. O, hazırda Bolqarıstanın “Slaviya” (Sofiya) klubunda çıxış edir.

Bənzər xəbərlər