"Neftçi" Sankt-Peterburq turnirindən imtina edə bilər - AÇIQLAMA
“Neftçi”nin Sankt-Peterburqda keçiriləcək “PARI Премьер” turnirində iştirakı siyasi səbəblərdən sual altındadır.
Msport.az xəbər verir ki, bu haqda klubun Media və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev “Sport Ekspress” nəşrinə açıqlamasında deyib. “Ağ-qaralar”ın rəsmisi bildirib ki, turnirin təşkilatçıları ilə məsləhətləşmə aparacaqlar:
“Biz hələ bilmirik, Sankt-Peterburqda keçiriləcək yoldaşlıq turnirində iştirak edəcəyikmi. Yaxın vaxtlarda təşkilatçılarla danışacağıq. Bundan sonra klub yekun qərarını açıqlayacaq”.
Qeyd edək ki, Piterdəki yarış iyulun 1-dən 15-ə kimi keçirilməlidir. Turnirdə “Neftçi” ilə yanaşı, “Zenit”, “Fənərbaxça” və “Srvena Zvezda” mübarizə aparmalı idi.
Bu gündən Rusiyanın bəzi bölgələrində antiterror əməliyyatları rejimi tətbiq olunub.
AYXAN







