"Neftçi" Sankt-Peterburqa baş məşqçisiz yollanır
“Neftçi” Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək “Match TV Cup” turnirinə baş məşqçisiz yollanacaq.
Bu barədə Msport.az saytına açıqlamasında Rüstəm Allahverdiyev məlumat verib.
Onun sözlərinə görə, yeni çalışdırıcı təyin olunmadığı üçün komandanı indiki vəziyyətdə Vadar Nuruyev və İqor Getman məşq elətdirir: “Sabah axşam Sankt-Peterburqa yola düşürük. Gedənədək təyinat olmasa, kollektivi oyunlara adıçəkilən məşqçilər çıxaracaq”.
Qeyd edək ki, “Neftçi” turnir çərçivəsində iyulun 1-də “Zenit” (Rusiya), 8-də “Srvena Zvezda” (Serbiya), 15-də isə “Fənərbağça” (Türkiyə) ilə qarşılaşacaq.
CAHİD







