featured-image-31848

“Neftçi” Sərgən Yalçınla razılığa gəlib. Msport.az xəbər verir ki, yaxın vaxtlarda türkiyəli mütəxəssislə 2 illik müqavilə imzalanacaq.

Bunun üçün əvvəlcə Laurentsiu Regekampfın anlaşması qarşılıqlı razılıq yolu ilə ləğv edilməlidir. Ancaq rumıniyalı məşqçi təzminat istəyir. Hazırda paytaxt klubunun rəsmiləri Regeni daha az məbləğdə kompensasiya ilə razı salmağın yollarını axtarırlar.

50 yaşlı Sergenin son klubu 2021-ci ildə ayrıldığı “Beşiktaş” olub. O, İstanbul klubunu 2020-2021 mövsümündə Türkiyə çempionu edib.

AYXAN 

 

Bənzər xəbərlər