featured-image-31804

“Beşiktaş”ın sabiq baş məşqçisi Sergen Yalçın növbəti həftə Bakıya gələcək.

Msport.az saytının məlumatına görə, bu barədə türkiyəli jurnalist Levent Emir Erol paylaşım edib.

O bildirib ki, 51 yaşlı mütəxəssis “Neftçi”nin xüsusi dəvəti ilə paytaxtımıza təşrif buyuracaq.

“Ağ-qaralar”ın türkiyəli çalışdırıcı ilə masaya oturacağı və son detalları müzakirə edəcəyi bildirilib.

Qeyd edək ki, hazırda “Neftçi”yə Laurentsiu Regekampf başçılıq edir. Paytaxt klubu rumıniyalı mütəxəssislə yolları ayırmağa çalışır.

Bənzər xəbərlər