featured-image-16416

Azərbaycan Premyer Liqasının 13-cü turunun “Sumqayıt” – “Neftçi” oyunu əvvəlcədən nəzərdə tutulduğu kimi, 19:00-da deyil, 19:30-da start götürəcək.

Msport.az xəbər verir ki, buna səbəb “Neftçi” klubunun yollarda yaranmış böyük tıxac səbəbindən stadiona oyun günü planına uyğun çata bilməməsidir. Bununla bağlı AFFA nümayəndəsinin rəhbərliyi ilə fors-major iclas çağırılıb və əsasnamə rəhbər tutularaq oyunun 30 dəqiqə gec başlamasına qərar verilib.

Bənzər xəbərlər