“Neftçi" və "Sabah" Ayaz Quliyev uğrunda mübarizədə
“Ximki”nin yarımmüdafiəçisi Ayaz Quliyev Azərbaycanın iki klubundan təklif alıb.
Msport.az xəbər verir ki, bu barədə “legalbet.ru” saytı məlumat yayıb.
“Neftçi” və “Sabah” 27 yaşlı futbolçu uğrunda mübarizə aparırlar. Xüsusən də, birincilərin keçidə daha yaxın olduğu vurğulanıb.
Qeyd edək ki, Ayaz Quliyevin “Ximki” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.







