“Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu çıxışı Azərbaycana UEFA reytinqində yarım xal qazandırıb.
Msport.az xəbər verir ki, hər iki komanda evdə keçirdiyi cavab oyununda qələbə qazanaraq, ölkə reytinqinə hərəyə 0,250 xal yazdırıb. Bununla ölkənin cari mövsümdəki xalları 1,500 olub.
Ümumi əmsallarının sayı 15,750-yə çatan Azərbaycan reytinqdə 29-cu pillədədir.
Reytinqə 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü pillədə qərarlaşıb.







