“Neftçi”, “Sabah” və “Qarabağ”ın pley-off mərhələsindəki rəqibləri bilindi
“Neftçi”, “Sabah” və “Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində potensial rəqibləri müəyyənləşib.
Msport.az xəbər verir ki, “Neftçi” III təsnifat mərhələsində “Beşiktaş” səddini keçə bilsə, “Dinamo” (Kiyev, Ukrayna) – “Aris” (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq.
“Sabah” isə Serbiya “Partizan”ını mübarizədən kənarlaşdıra bilsə “Styaua” (Rumıniya) – “Nordşelland” (Danimarka) cütünün qalibiylə üz-üzə gələcək.
“Qarabağ Avropa Liqasında HİK-lə mübarizədə məğlub olarsa, “Farul” (Rumıniya) – “Flora” (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq.







