“Neftçi” xorvatiyalı futbolçu transfer etdi – RƏSMİ
Neftçi” heyətinə daha bir futbolçu cəlb edib.
Msport.az xəbər verir ki, “ağ-qaralar” xorvatiyalı Viçko Şevel ilə 3 illik müqavilə bağlayıb.
25 yaşlı futbolçu yeni komandasında 88 nömrəli formanı geyinəcək.
Əsas mövqeyi ilə yanaşı, müdafiənin mərkəzində və sağ cinahında da oynamağı bacaran Viçko Xorvatiya, Bosniya və Herseqovina, Rusiya, Sloveniya və Şotlandiya klublarında çıxış edib.
Qeyd edək ki, sonuncu komandası “Dandi Yunayted”lə ötən mövsüm ümumilikdə 40 matçda meydana çıxıb, 3 məhsuldar ötürmə verib. 2026/27 mövsümündə Şotlandiya çempionatının ilk 3 turunda, Şotlandiya Liqa Kubokunda isə 5 matçın hamısında forma geyinib.







