Super Liqa klubunda məşqçi istefası - RƏSMİ
Türkiyənin “Qaziantep” klubu baş məşqçis Mirel Redoy ilə yollarını ayırıb.
Msport.az xəbər verir ki, rumıniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Redoy bu ilin aprelində “Qaziantep”in baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. 45 yaşlı çalışdırıcını komandası 2026/27 mövsümündə çempionatda keçirdiyi 3 oyunda 4 xal toplayıb.
Redoy “Qaziantep”dən əvvəl son olaraq “Styaua” klubunu çalışdırıb.







