featured-image-82033

“Yuventus” “Nyukasl”ın hücumçusu Nik Voltemadeni icarəyə götürmək variantlarını nəzərdən keçirir.

Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.

Onun sözlərinə görə, Turin klubu “Nyukasl”la danışıqlara başlayıb.

Conatan Devid komandadan getsə, Voltemade hücum xəttinin gücləndirilməsi üçün vatiantlardan biri hesab olunur.

“Yuve” “Mançester Yunayted”in futbolçusu Coşua Zirkzee  ilə də maraqlanır.

Voltemade ötən mövsüm 51 oyunda 11 qol vurub və 5 məhsuldar ötürmə verib.

 

 

Bənzər xəbərlər