featured-image-77385

Futbolçularımı təbrik edirəm. Yaxşı oyun göstərdilər və vacib üç xal qazandıq. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm”.

Msport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 29-cu turunun “Neftçi”(1:5) ilə oyunundan sonra mətbuat konfransında deyib.

– Start heyətini müəyyənləşdirmək üçün hansə detallar vacib oldu?

– Futbolçuların hazırlığına görə bu addımı atdım. Bəzi rotasiyalar etdim. Futbolçular sıx qrafikdə oynayırdılar. Bəzi oyunçuların yorğunluğu çox idi. Ona görə rotasiya etdik. Futbolçular yaxşı məşq edirdilər, hazırlaşırdılar. Özlərini yaxşı tərəfdən göstərmək istəyirdilər.

– Həmişə deyirsiz ki, “Neftçi” ilə oyun tamam başqadır. Son günlərin gərginliyi fonunda komandanı “Neftçi” ilə oyuna hazırlaşdırmaq əlavə güc tələb edir?

– Hazırlaşmağa bir o qədər vaxtımız  olmadı. Komanda şəklində bir məşqimiz oldu. “Neftçi”yə qarşı oynayırıqsa, futbolçulara çox motivasiya vermək lazım olmur. Belə oyunlar xoşdur. Azarkeşlər üçün də yaxşı oyun alınır. Vacib olan bundan sonrakı oyundur. Komandanı ona düzgün hazırlaşdırmağa çalışacağıq. Böyükhesablı qələbə futbolçulara rahatlıq verə bilər. Bu oyuna hazırlamaq daha çətin olacaq.

Bənzər xəbərlər