featured-image-32556

Rusiyada təlim-məşq toplanışında olan “Neftçi” yeni mövsümə baş məşqçisiz hazırlaşır. Bu ayın sonunda Konfrans Liqasında ilk oyununa çıxacaq “ağ-qaralar”ı kimin çalışdıracağı bəlli deyil.

Sergen Yalçınla razılığa gələ bilməyən paytaxt təmsilçisi yeni variantları nəzərdən keçirir. Klubdan Msport.az saytına verilən məlumata görə, baş məşqçinin kimliyinə gələn həftə aydınlıq gələcək:

“Yəqin ki, qarşıdakı iki gündə yeni çalışdırıcı bəlli olacaq. Kiminlə razılıq əldə olunacaqsa, onunla da müqavilə imzalanacaq. Hələlik dəqiq məlumat yoxdur”.

Qeyd edək ki, “Neftçi” bir müddət öncə rumıniyalı mütəxəssis Laurentsiu Regekampfla yollarını ayırıb.

Bənzər xəbərlər