featured-image-6132

“Neftçi” yeni baş məşqçisinin adını sabah açıqlayacaq.

Msport.az xəbər verir ki, artıq yeni çalışdırıcı ilə hər mövzuda anlaşılıb.

“Ağ-qaralar”ın baş məşqçi postuna Viktor Qonçarenko, Yuri Vernidub və Ertuğrul Sağlamın adları namizəd kimi hallansa da, ola bilsin ki, Bakıya gələcək mütəxəssis tamamilə fərqli adam olsun.

Xatırladaq ki, mövsüm başa çatdıqdan sonra Samir Abasov məşqçilər korpusu ilə birgə istefaya göndərilmişdi.

“Neftçi” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində iyulun 21-də Kipr “Aris”i ilə səfərdə, iyulun 28-də isə Bakıda qarşılaşacaq.

Bənzər xəbərlər