featured-image-26710

“Neftçi” Azərbaycan Premyer Liqasının XXVIII turunda qarşılaşacağı “Zirə” ilə oyunun hazırlığını başa vurub.

Msport.az xəbər verir ki, komanda üzvləri bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə oyunöncəsi son məşqə çıxıblar. Hazırlıq prosesində toplu və taktiki çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, aprelin 1-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 19:30-da başlanacaq və “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.

Bənzər xəbərlər