Nəriman Axundzadə ABŞ Kubokunda iştirak etdi
Azərbaycan millisinin üzvü Nəriman Axundzadə ABŞ-nin “Kolambus Kryu” komandasının heyətində növbəti oyununu keçirib.
Msport.az xəbər verir ki, 22 yaşlı hücumçu ölkə kubokunun 1/8 finalında, “One Knoxville” ilə matçda meydanda olub.
Qarşılaşmaya start heyətində başlayan forvard sonadək əvəzlənməyib. Görüş “Kolambus Kryu”nun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Nəriman Axundzadə fevralda MLS təmsilçisi ilə anlaşıb.







