featured-image-78037

Milli komandamızın üzvü Nəriman Axundzadənin çıxış etdiyi “Kolumbus Kryu” MLS-də növbəti oyuna çıxıb.

Msport.az xəbər verir ki, 13-cü tur çərçivəsindəki rəqib “Nyu York Red Bullz” olub.

“Kolumbus Kryu” səfərdə 2:3 hesabı ilə uduzub. Qonaqların qollarını Maks Arfsten və Dieqo Rossi vurub.

Nəriman 85-ci dəqiqədə – oyunda bütün qollar vurulandan sonra meydana daxil olub.

“Kolumbus Kryu” hazırda Şərq Konfransında 13 turdan sonra 12 xalla 13-cü sıradadır.

Bənzər xəbərlər