featured-image-34615

“Qarabağ”ın futbolçusu Yassin Benzia Bakıda “Rakuv”la 1:1 hesablı heç-heçə etdikləri UEFA Çempionlar Liqasının cavab oyunundan sonra sosial şəbəkə hesabında paylaşım edib.

Msport.az xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi növbəti raunda keçə bilmədikləri üçün məyusluğunu gizlətməyib:

“Nəticə istədiyimiz kimi olmadı. Amma başınızı dik tutun. Çünki hələ görüləsi çox işimiz var”.

Qeyd edək ki, “Qarabağ” iki oyunun (2:3, 1:1) nəticəsinə əsasən Polşa klubuna uduzub və ÇL-də mübarizəni dayandırıb.

Bənzər xəbərlər