Neymar Peleni qabaqlayaraq vidalaşdı
Braziliya millisi tarixinin ən çox qol vuran futbolçusu Neymar yığmadakı karyerasını başa vurduğunu elan edib.
Msport.az xəbər verir ki, özü bu barədə açıqlama verib.
“Bir neçə dəfə yoxladım, amma olmadı. Bu stadionda başlamışdım, burada da bitirirəm”, – deyə 34 yaşlı oyunçu bildirib.
Neymar 2023-cü ildən sonra ilk dəfə Braziliya millisinin heyətində fərqlənib. O, DÇ-2026-nın 1/8 final mərhələsində Norveçə qarşı keçirilən və Braziliyanın 1:2 hesabı ilə məğlub olduğu oyunda penaltidən dəqiq yararlanıb. Neymar yığmanın heyətində ümumilikdə 130 oyunda 80 qol vurub, 59 assist edib.
O, həmçinin mundiallardakı oyun sayını 15-ə çatdırmaqla bu göstəricidə əfsanəvi Peleni geridə qoyub. Mərhum braziliyalı 14 oyuna çıxaraq üçqat dünya çempionu olmuşdu. Bu göstərici üzrə Braziliya millisinin rekordu isə 20 oyunla Kafuya məxsusdur.







