featured-image-12196

PSJ-nin hücumçusu Kilian Mbappe komanda yoldaşı Neymarla münasibətlərindən danışıb. Avqustda “Monpelye” ilə matçdan (5:2) sonra futbolçular arasında gərginlik yaranmışdı. Həmin vaxt Neymar fransalı hücumçunun klubun ştatlı penalti vuranı olmasına etiraz etmişdi.

Msport.az “RMC Sport”a istinadən xəbər verir ki, Mbappe braziliyalı forvardla münasibətlərinin bəzən soyuq olmasını təkzib etməyib:

“Biz artıq 6 ildir ki, Neymarla bir yerdə oynayırıq. Bizim münasibətlər həmişə hörmət üzərində qurulub. Sadəcə hərdən münasibətlər isti olur, hərdən soyuyur. Bizim münasibətlər məhz bu cürdür. Ona çox hörmət edirəm. Sadəcə bu cür güclü xarakterə malik iki insan arasında mübahisə ola bilər. Amma nə olur, olsun, biz həmişə bir-birimizə hörmətlə yanaşırıq və PSJ-nin maraqları uğrunda çalışırıq”.

Bənzər xəbərlər