Nicat Abasov ilk oyunu qazandı
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda üçüncü yer uğrunda ilk oyun başa çatıb.
Msport.az xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov ABŞ təmsilçisi Fabiano Karuanaya qalib gəlib. Ağ fiqurlarla mübarizə aparan Abasov 26-cı gedişdə rəqibini təslim olmağa məcbur edib.
Qeyd edək ki, sabah şahmatçılar cavab oyununda üz-üzə gələcək. Dünya Kubokunda bürünc medal qazanmaq üçün Nicat Abasova heç-heçə də kifayət edəcək.
Dünya Kubokunda ilk üç yeri tutacaq şahmatçılar İddiaçılar Turnirində iştirak etmək imkanı qazanacaq.